Ağadadaş Ağayev yenidən müalicə üçün Türkiyəyə gedəcək

Ağadadaş Ağayev yenidən müalicə üçün Türkiyəyə gedəcək Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb.
İncəsənət
960
12 Avqust , 2021 18:17
Ağadadaş Ağayev yenidən müalicə üçün Türkiyəyə gedəcək
Ağadadaş Ağayev

Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb.

Bu barədə “Report”a müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

O, atasının hazırda toy məclislərində də iştirak etdiyini bildirib: “Həkimlər deyir ki, onun səhhəti yaxşılığa doğru gedir. Elə özümüz də bunu müşahidə edirik. Atam xəstəliyin ilk vaxtlarından 3 aydan bir müayinə üçün Türkiyəyə gedirdi. Avqustun 20-dən sonra yenidən İstanbula gedəcək. Bu müayinədə xəstəliyin müalicəsində irəliləyişlə bağlı diaqnoz qoyulacaq”.

Qeyd edək ki, Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.

Son xəbərlər

Orphus sistemi