"Ac həriflər" Bakıya gəlir

"Ac həriflər" Bakıya gəlir Dərbənd Azərbaycan Dövlət Dram Teatrı qastrol səfərinə hazırlaşır
İncəsənət
26 May , 2016 07:25
Ac həriflər Bakıya gəlir

Bakı. 26 may. REPORT.AZ/ Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gəlir.

Bu barədə "Report"a teatrın baş rejissoru Ər-toğrul Kamalov məlumat verib.

Teatr iyunun 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" tamaşasını nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Ər-toğrul Kamalov, quruluşçu rəssamı, teatrın baş rəssamı Naidə Alimətova, rejissor köməkçisi Mədinə Hacıağayeva, musiqi tərtibatı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Tamaşada keçmiş zamanla müasir dövrün oxşarlıq və fərqlilikləri əks etdirilb.

Son xəbərlər

Orphus sistemi