ABŞ-da Al Paçinonun yaşadığı evi sökmək istəyirlər

ABŞ-da Al Paçinonun yaşadığı evi sökmək istəyirlər ABŞ-ın Kaliforniya ştatında Beverli-Hillzdə məşhur aktyor Al Paçinonun 15 il yaşadığı ev satışa çıxarılıb.
İncəsənət
2 İyul , 2021 08:57
ABŞ-da Al Paçinonun yaşadığı evi sökmək istəyirlər
Al Paçino

ABŞ-ın Kaliforniya ştatında Beverli-Hillzdə məşhur aktyor Al Paçinonun 15 il yaşadığı ev satışa çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə "New York Post" bildirib.

Qeyd edilir ki, evin satış qiyməti 16 milyon ABŞ dollarıdır. Yeni alıcı evi uçuracaq.

Ev əvvəllər yazıçı Ceki Kollinzə məxsus olub, o, 2016-cı ildə evi tikinti işçisi Ben Nehmadiyə 9 milyon ABŞ dollarına satıb. Al Paçino 2006-cı ildən evi kirayələyib. Ev altı yataq və beş vanna otağından ibarətdir. Nehmadi həmçinin Kollinzdən qonşuluqdakı evi də 21 milyon dollara alıb. Yazıçı özü həmin evdə 2015-ci ildə - ömrünün son günlərinə qədər yaşayıb.

Aktyorun və tikinti işçisinin nümayəndələri evin satışı haqqında informasiyanı şərh etməkdən imtina ediblər.

"Evdə icarədar yaşayır, o gizliliyə riayət olunmasını tələb edir”, - şirkətin əməkdaşlarından biri qeyd edib: “Alıcı ehtimal ki, kotteci dağıtmağı və onun yerində yenisini tikməyi üstün tutacaq".

Rieltor qeyd edib ki, 1920-ci ildə tikilmiş ev köhnəlib. Ötən yay evi 17 milyon dollara satmaq istəyiblər, amma onu almaq istəyən tapılmayıb.

Qeyd edək ki, Al Paçino xüsusi halda "Xaç atası" və "Çapıqlı üz" filmləri ilə məşhurdur. "Qadın qoxusu" filmində Frenk Sleyd rolu aktyora "Oskar" mükafatı qazandırıb.

Al Paçino heç vaxt evlənməyib, onun qeyri-rəsmi nikahdan üç övladı var.

Son xəbərlər

Orphus sistemi