Zahid Oruc: "Qərb Türkiyəni və Azərbaycanı kiberhücumlarına təslim edə bilmədi, məğlub oldu”

Zahid Oruc: "Qərb Türkiyəni və Azərbaycanı kiberhücumlarına təslim edə bilmədi, məğlub oldu” "Qərb Türkiyəni və onun müttəfiqlərini, o cümlədən Azərbaycanı öz kiberhücumlarına təslim edə bilmədi və məğlub oldu".
İKT
31 May , 2023 11:35
Zahid Oruc: Qərb Türkiyəni və Azərbaycanı kiberhücumlarına təslim edə bilmədi, məğlub oldu”
Zahid Oruc

"Qərb Türkiyəni və onun müttəfiqlərini, o cümlədən Azərbaycanı öz kiberhücumlarına təslim edə bilmədi və məğlub oldu".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahir Oruc deyib.

"28 mayda seçkilərdə parlaq qələbəsini qeyd edən, bütün türk-islam coğrafiyasında mühüm təşəbbüslərin müəlliflərindən biri olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son Zirvə Sammitində ictimai-siyasi leksikona gətirdiyi “kiber vətən” ifadəsi və çağırışı türkdilli dövlətlərin arasında geniş müzakirəyə layiqdir", - deyə o qeyd edib.

Deputat müasir dövrdə dövlətlərin suverenliyinin fiziki sərhəddən çox rəqəmsal məkanda hücuma məruz qaldığını deyib: "Vətənimizin müdafiəsini genişləndirərək, dənizdə mavi vətən olduğu kimi, rəqəmsal dünyadakı "kiber vətənimizi"də buraya daxil edəcəyik. Ölkələrin suverenliyinin artıq rəqəmsal terror və hücuma məruz qalması son dövrlərdə baş verənlərin rəqəmsal işğalın nə qədər uzaqlara gedə biləcəyini ortaya qoyub. İnformasiyaya hakim olanlar demokratiyanı, qanunu və hər cür hüquq və azadlıqları göz ardı edərək öz rəqəmsal diktaturalarını qura bilərlər. Kiber vətəni qorumağın texniki infrastruktur və məzmun istehsalı ilə əldə edilə biləcəyini bəyan edən cənab Ərdoğanın dediyi kimi, “Kiber dünyada öz vətəndaşlarımızdan başlayaraq, hər bir fərdə xitab edəcək məzmun-kontentlər istehsal edib, onları öz kanallarımıza cəlb edə bilməsək, müdafiə xəttini qura bilmərik. Bu gün bizim üzərimizə düşən vəzifə rəqəmsal faşizm, kiberimperializm və qlobal saxta xəbər sənayesinə qarşı ortaq informasiya istehsalı və yayım kanallarımızı gücləndirməkdir”.

Son xəbərlər

Orphus sistemi