Yutub və instaqramda nasazlıqlar yaranıb

Yutub və instaqramda nasazlıqlar yaranıb ABŞ-da yutub onlayn videohostinqi və instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
İKT
126
26 Avqust , 2021 03:19
Yutub və instaqramda nasazlıqlar yaranıb

ABŞ-da yutub onlayn videohostinqi və instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” portalı bildirib.

Yutubun fəaliyyətindəki nasazlıq barədə bildirənlərin təxminən 77 %-i qeyd edib ki, hostinqdə videolara baxışda problemlər mövcuddur. İstifadəçilərin 20 %-i yutubun ümumiyyətlə işləmədiyini qeyd edib, daha 3 % istifadəçi videoçarxların yüklənilməsində çətinliklərin olduğunu vurğulayıb.

“Downdetector”un məlumatına görə, instaqramda nasazlıqların yaranması haqqında bildirən sosial şəbəkə istifadəçilərinin 66 %-i xəbər lentinə baxışda problemlərlə üzləşib. İstifadəçilərin 18 %-i paylaşm edə bilməməkdən, daha 16 % istifadəçi isə sosial şəbəkəyə girişlə bağlı problemlərdən şikayət ediblər.

Son xəbərlər

Orphus sistemi