Yeni troyan proqramı yüzlərlə “Android” tətbiqinə təhlükə yaradır

Yeni troyan proqramı yüzlərlə “Android” tətbiqinə təhlükə yaradır Ümumilikdə zərərli proqram təminatı “Android” üçün 337 populyar tətbiqetmənin təhlükəsizliyini təhdid edir
İKT
20 İyul , 2020 15:43
Yeni troyan proqramı yüzlərlə “Android” tətbiqinə təhlükə yaradır

“ThreatFabric” şirkətinin informasiya təhlükəsizliyi sferasında çalışan ekspertləri  “Android” mobil platforması üçün yüzlərlə populyar tətbiqetməni təhdid edən yeni təhlükəli zərərli proqram təminatı aşkar edib.

“Report” “banki.ru” portalına istinadən xəbər verir ki, söhbət kibercinayətkarların qeydiyyat məlumatları və ödəniş informasiyalarını oğurlamaq üçün istifadə edə biləcəyi “BlackRock” troyan proqramından gedir.

“BlackRock” bank troyanları sinfinə aiddir, lakin ekspertlər bildirir ki, bundan “PayPal”, “Gmail”, “Uber”, “eBay”, “Netflix”, “Amazon” kimi tətbiqlərdən, eləcə də “Telegram”, “WhatsApp”, “Skype”, “Twitter”, “Facebook”, “Instagram”, “TikTok”, “YouTube”, “Tinder”, “Pinterest” və s. kimi sosial şəbəkə və messencerlərindən məxfi məlumatları oğurlamaq üçün istifadə edilə bilər. Ümumilikdə zərərli proqram təminatı “Android” üçün 337 populyar tətbiqetmənin təhlükəsizliyini təhdid edir.

Yayılması üçün troyan qanuni “Google Update” paketində gizlədilir. Cihaza quraşdırıldıqdan sonra zərərli proqram sistemdəki hüquqları artırmaq üçün icazə istəyir. Troyan ödəniş məlumatlarını oğurlamağı hədəfləyir, lakin kibercinayətkarlar bundan hər cür məxfi məlumat toplamaq üçün də istifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi