Yeni fitnes qolbağı təqdim olundu

Yeni fitnes qolbağı təqdim olundu Cənubi Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy Fit2” adlı yeni fitness qolbağını təqdim edib.
İKT
7 Oktyabr , 2020 18:56
Yeni fitnes qolbağı təqdim olundu

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy Fit2” adlı yeni fitnes qolbağını təqdim edib.

“Report” xəbər verir ki, çinli istehsalçıların bənzər məhsullarına rəqib olacağı güman edilən yeni cihaz ürək döyüntüsü və s. barədə məlumatlara əsasən istirahət etmək barədə məsləhətlər verir.

İnsanın müxtəlif gərginlikdə fiziki fəaliyyəti üçün 90 proqrama malik olan qolbaq 1,1 düyümlük "AmoLED" displeyi ilə təchiz olunub.

İP68 səviyyəsində suya dayanıqlı olan qolbaq birdəfəlik doldurmaqla 21 saat çalışır. 

Son xəbərlər

Orphus sistemi