Yaponiyalı investorlar Azərbaycanda kriptovalyuta bazarı ilə bağlı işlərə cəlb oluna bilər

Yaponiyalı investorlar Azərbaycanda kriptovalyuta bazarı ilə bağlı işlərə cəlb oluna bilər Azərbaycanda kriptovalyuta bazarı ilə bağlı iş aparacaq Mining Centerin tikintisi üçün yaponiyalı investorlarla danışıqlar aparılır.
İKT
2 May , 2019 09:34
Yaponiyalı investorlar Azərbaycanda kriptovalyuta bazarı ilə bağlı işlərə cəlb oluna bilər

"Azərbaycanda kriptovalyuta bazarı ilə bağlı iş aparacaq "Mining Center"in tikintisi üçün yaponiyalı investorlarla danışıqlar aparılır". 

“Report” xəbər verir ki, bunu jurnalistlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) direktoru Tural Kərimli deyib.

Onun sözlərinə görə, bu mərkəz Pirallahıda tikiləcək: "Pirallahı ilə bağlı çox yerli və xarici şirkətlərdən təkliflər almışıq. Onlar burada öz istehsal müəssisələrini, tədqiqat mərkəzlərini açmağı planlaşdırırlar. Hazırda biz həmin təklifləri dəyərləndiririk, qərar verdikdə onlar tikintiyə başlayacaqlar". 

YTP direktoru "Mining Center"in investisiya dəyərini açıqlamayıb, bu barədə layihənin iqtisadi əsaslandırılması bitdikdən sonra məlumat verə biləcəklərini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi