Yaponiya yeni daşıyıcı raketinin buraxılışını təxirə saldı

Yaponiya yeni daşıyıcı raketinin buraxılışını təxirə saldı H-3 ağır daşıyıcı raketinin buraxılışı mürərrikdəki texniki problemlər üzündən təxirə salınıb.
İKT
331
11 Sentyabr , 2020 15:01
Yaponiya yeni daşıyıcı raketinin buraxılışını təxirə saldı

Yaponiyada yeni H-3 ağır daşıyıcı raketinin cari maliyyə ili ərzində, yəni 2021-ci ilin aprel ayınadək nəzərdə tutulmuş buraxılışı mürərrikdəki texniki problemlər üzündən təxirə salınıb.

“Report” xəbər verir ki, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) həmin problem həll olunandan sonra raketin ilk sınaq buraxılışını gələn maliyyə ili ərzində, yəni 2021-ci ilin aprelindən 2022-ci ilin mart ayınadək, ikinci sınaq buraxılışını isə növbəti ildə nəzərdə tutulduğunu açıqlayıb.

Qeyd edək ki, Yaponiya fəza proqramı tarixində ən güclü daşıyıcı raket olan H-3-ün uzunluğu 63 m, yəni əvvəlki model olan H-2A-dan 10 m artıq, daşıma qabiliyyəti isə 4,6 tona qarşı 7 tondur. Həmçinin hər buraxılışı 10 milyard yen, yəni 84 milyon ABŞ dollarına başa gələn H-2A-ya nisbətən yeni modelin ikiqat ucuz başa gələcəyi, bununla da Yaponiyanın beynəlxalq bazarda daha güclü mövqeyə sahib olacağı güman edilir.

Həmçinin 2000-ci illərin əvvəlindən istismarda olan H-2A-lar ən etibarlı daşıyıcı raketlərdən biri sayılır. Belə ki, indiyədək həyata keçirilmiş 42 buraxılışından 41-i uğurlu olub.

Son xəbərlər

Orphus sistemi