Yaponiya rəqəmsal texnologiyalara 9,6 milyard ABŞ dolları ayırmağı planlaşdırır

Yaponiya rəqəmsal texnologiyalara 9,6 milyard ABŞ dolları ayırmağı planlaşdırır Bu barədə Yaponiyanın baş naziri Yosihide Suqa mətbuat konfransında bildirib
İKT
304
4 Dekabr , 2020 20:25
Yaponiya rəqəmsal texnologiyalara 9,6 milyard ABŞ dolları ayırmağı planlaşdırır

Yaponiya hökuməti ölkədə rəqəmsal texnologiyaların inkişafına, o cümlədən altıncı nəsil mobil rabitə sistemləri (6G) sahəsində liderlik əldə etmək məqsədi ilə 1 trilyon yendən (təqribən 9,6 milyard ABŞ dolları) çox vəsait ayırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Yosihide Suqa mətbuat konfransında bildirib.

Baş nazirin sözlərinə görə, bu vəsaitlər həmçinin onlayn təqdim olunan dövlət xidmətlərinin siyahısını genişləndirmək, müxtəlif kartlar üçün bal sistemini inkişaf etdirmək, habelə beşinci və altıncı nəsil mobil rabitə sistemlərini tanıtmaq və inkişaf etdirmək üçün istifadə ediləcək.

Qeyd edək ki, bu ildən Yaponiyada rəqəmsal islahatlar naziri vəzifəsi yaranıb, onu baş nazir Suqa avqustda hökuməti qurarkən təsis edib. Bir ay sonra Yaponiyanın “Nikkei” nəşri 2021-ci ilin payızına qədər ölkədə əsas vəzifəsi müəyyən inzibati prosedurların rəqəmsallaşdırılması olacaq Rəqəmsal İslahatlar Nazirliyinin yaradılacağını bildirib.

Son xəbərlər

Orphus sistemi