Yaponiyada ilk kuryer robot sınaqdan keçirilir

Yaponiyada ilk kuryer robot sınaqdan keçirilir “DeliRo” Tokyadakı müştərilərə soba əriştə çatdırmağa çalışacaq
İKT
27 İyul , 2020 12:33
Yaponiyada ilk kuryer robot sınaqdan keçirilir

Yaponiyada “ZMP Inc.” Şirkəti tərəfindən hazırlanmış “DeliRo” adlı yeni kuryer robotun sınaqları keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Mainichi” qəzeti məlumat yayıb.

Yaponiya şirkətləri yaxın gələcəkdə müştərilərə mağazalardan və ya anbarlardan mal çatdırmaq üçün robotlara etibar etməyin mümkünlüyünə ümid edirlər.

“DeliRo” Tokyadakı müştərilərə soba əriştə çatdırmağa çalışacaq. Bunun üçün 12-16 avqust aralığında “Takanawa Gateway” stansiyası yaxınlığında xüsusi planşet cihazından istifadə edərək sifariş vermək mümkün olacaq.

Qeyd olunur ki, robotun hündürlüyü 1 metr, daşıma qabiliyyəti isə 50 kq təşkil edir. “DeliRo” 6 km/saat sürətlə hərəkət edir və maneələrdən yayınmağı bacarır.

Yaponiyada qocalma səbəbiylə işçi qüvvəsi qıtlığı yaşandığından ölkə bu cür yenilikləri dəstəkləyir. Lakin onlardan istifadə qanunvericilikdə dəyişiklik tələb edəcək. Çünki hələlik 6 km/saat sürətlə hərəkət edən robotlar ümumi avtomobil yoluna çıxa bilmir.

Son xəbərlər

Orphus sistemi