"Yandex" film nümayişi üçün xüsusi xidmət buraxır

"Yandex" film nümayişi üçün xüsusi xidmət buraxır Hazırda şirkətdə xidmətin quruluşu ilə bağlı eksperiment aparılır
İKT
30 Sentyabr , 2017 06:59
Yandex film nümayişi üçün xüsusi xidmət buraxır

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Yandex" internet şirkəti film nümayişi üçün öz xüsusi xidmətini buraxır.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Vedomosti" məlumat yayıb.

Qəzet həmsöhbətinin sözlərinə görə, hazırda şirkətdə xidmətin quruluşu ilə bağlı eksperiment aparılır. Dəqiq layihə yoxdur, lakin serverin bu ilin sonunadək işə salınması planlaşdırılır.

Ən ehtimal olunan variant yeni onlayn kinoteatrın ödənişli abunə şəklində buraxılmasıdır. 

Son xəbərlər

Orphus sistemi