Xidmət rəisi: "Hazırda Azərbaycanda kiber hücumların 70 %-ni fişinq hücumları təşkil edir"

Xidmət rəisi: "Hazırda Azərbaycanda kiber hücumların 70 %-ni fişinq hücumları təşkil edir" Hazırda Azərbaycanda vətəndaşlara yönəlmiş kiber hücumların əsas hissəsini - yəni 70 %-ni fişinq hücumları təşkil edir.
İKT
21 May , 2022 11:41
Xidmət rəisi: Hazırda Azərbaycanda kiber hücumların 70 %-ni fişinq hücumları təşkil edir

Hazırda Azərbaycanda vətəndaşlara yönəlmiş kiber hücumların əsas hissəsini - yəni 70 %-ni fişinq hücumları təşkil edir.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev deyib.

Onun sözlərinə görə, zəng, SMS və elektron poçt üzərindən kiber dələduzlar müxtəlif sosial mühəndislik texnikalarından istifadə edərək vətəndaşlara aid fərdi məlumatları və maliyyə vəsaitlərini ələ keçirməyə çalışırlar:

"Ötən dövr ərzində saxta zərg vasitəsi ilə vətəndaşların bank məlumatlarının ələ keçirilməsi ilə biz tez-tez qarşılaşırdıq. Bu halların aradan qaldırılması ilə bağlı, biz, mobil operatorlarla birliktə tədbirlər həyata keçirdik və nəticədə bu kimi halların sayı kəskin şəkildə azalıb".

Ş. Əliyev bildirib ki, ümumiyyətlə fişinq hücumları, yeni deyil, hələ 90-cı illərdən bu növ hücumlar təşkil edilməyə başlanılıb: "2000-ci illərin əvvəllərində mən özümdə bu hücumlara məruz qalmışdım. Bu hücumların müxtəlif növləri var". 

Son xəbərlər

Orphus sistemi