“Xiaomi” yeni qulaqlığını təqdim edib

“Xiaomi” yeni qulaqlığını təqdim edib “Xiaomi” şirkəti yeni TWS qulaqlığını təqdim edib.
İKT
3120
13 Oktyabr , 2020 15:33
“Xiaomi” yeni qulaqlığını təqdim edib

“Xiaomi” şirkəti yeni TWS qulaqlığını təqdim edib.

“Report” “Gizmo China”ya istinadən xəbər verir ki, “Mi Air 2 Pro” səsbatırma sistemilə təchiz edilmiş yeni cihaz dinləyicini kənar səslərdən qoruyur.

Simsiz doldurma qurğusuna malik qulaqlıq “Air2 Pro” batareyası ilə 7 saat, doldurma qurğusu ilə isə 28 saat fasiləsiz çalışa bilir.

Yerli bazarda 699 yuandan (103,8 ABŞ dolları) satılacağı bildirilən yeni qulaqlığın satışa nə zaman çıxarılacağı göstərilmir.

Son xəbərlər

Orphus sistemi