Xarici ekspertlər Azərbaycanın milli statistika sistemini qiymətləndirəcək

Xarici ekspertlər Azərbaycanın milli statistika sistemini qiymətləndirəcək Bu barədə Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib
İKT
9 Sentyabr , 2016 11:55
Xarici ekspertlər Azərbaycanın milli statistika sistemini qiymətləndirəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Sentyabrın 12-16-da Avropa İttifaqının Statistika Bürosu, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən Azərbaycan milli statistika sisteminin qlobal qiymətləndirilməsi (xarici auditi) keçiriləcək. Bu barədə "Report"a Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qiymətləndirmədə məqsəd statistika sahəsində inzibati və texniki potensialın, milli statistikanın beynəlxalq standartlara, Avropa statistikasının normalar məcəlləsinə uyğunluğunun auditi nəticəsində ölkənin rəsmi statistika sisteminin inkişaf səviyyəsini yoxlamaqdır.

Beynəlxalq ekspertlər tərəfindən həyata keçiriləcək qlobal qiymətləndirmə üzrə tərtib olunmuş proqramda KİV nümayəndələri ilə sentyabrın 15-də görüş nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi