"Windows 11" oktyabrın 5-də istifadəyə veriləcək

"Windows 11" oktyabrın 5-də istifadəyə veriləcək "Windows 11" əməliyyat sistemi oktyabrın 5-də istifadəçilər üçün əlçatan olacaq.
İKT
140
31 Avqust , 2021 18:33
Windows 11 oktyabrın 5-də istifadəyə veriləcək

"Windows 11" əməliyyat sistemi oktyabrın 5-də istifadəçilər üçün əlçatan olacaq.

"Report" xəbər verir ki, bu barədə "Microsoft Corporation" məlumat yayıb.

Məlumatda deyilir ki, artıq göstərilən tarixdən etibarən "Windows 11" quraşdırılmış kompüterlər satışa çıxarılacaq.

Yenilənmiş sistemə keçidin mümkün olduğu bütün cihazların istifadəçilərinin bunu 2022-ci ilin ortalarına qədər edə biləcəkləri gözlənilir. "Microsoft" 14 oktyabr 2025-ci il tarixinə qədər "Windows 10"a dəstək verəcək.

“Windows 11”də əsas yeniliklərdən biri əməliyyat sisteminin yenilənmiş dizaynıdır. “Start” menyusu yenilənmiş sistemdə ekranın mərkəzində olacaq.

Bundan başqa, əməliyyat sistemi iki monitorun iş rejimini dəstəkləyən təkmilləşdirilmiş bir sistem, müxtəlif xidmətlərə çıxış üçün vidcetlər əldə edib. Yeni versiya özündən əvvəlki versiyalarla müqayisədə daha sürətli və daha etibarlı olacaq.

Son xəbərlər

Orphus sistemi