Wi-Fi-yın növbəti nəslinin xüsusiyyətləri açıqlandı

Wi-Fi-yın növbəti nəslinin xüsusiyyətləri açıqlandı “Qualcomm”, “MediaTek”, “Broadcom” şirkətləri Wi-Fi 7-ci nəslinə aid çiplər üzərində çalışmalara başlayıb.
İKT
196
1 İyun , 2021 18:10
Wi-Fi-yın növbəti nəslinin xüsusiyyətləri açıqlandı

“Qualcomm”, “MediaTek”, “Broadcom” şirkətləri Wi-Fi 7-ci nəslinə aid çiplər üzərində çalışmalara başlayıb.

“Report” “Digitimes”-a istinadən xəbər verir ki, Wi-Fi 6 və Wi-Fi 6E standartlarının xələfi olacaq Wi-Fi 7 (802.11be) məlumatları ikiqat sürətlə ötürmək, habelə əhatə dairəsini daha da artırmaq imkanı yaradacaq. Qeyd olunur ki, yeni simsiz rabitə standartı əvvəlki modemlərdə də işləyəcək.

Ekspertlərə görə, yeni standartın texnologiyası 2-3 il sonra hazır olacaq.

Son xəbərlər

Orphus sistemi