“WhatsApp” yeni funksiya tətbiq edir

“WhatsApp” yeni funksiya tətbiq edir “WhatsApp” messencerində nəhayət ki, eyni hesaba fərqli cihazlardan giriş etmək mümkün olacaq
İKT
24 İyul , 2020 14:17
“WhatsApp” yeni funksiya tətbiq edir

“WhatsApp” messencerində nəhayət, eyni hesaba fərqli cihazlardan giriş etmək mümkün olacaq.

“Report” xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Məlumata görə, bu funksiya hələ hazırlıq mərhələsindədir. O, istifadəçilər üçün əlçatan olan zaman tətbiqdə xüsusi “Linked Devices” (“Bağlı cihazlar”) bölməsi görünəcək.

Orada dördə qədər yeni cihaz əlavə etmək mümkün olacaq, üstəlik, məlum bölmədə eyni hesaba bağlı bütün cihazlar göstəriləcək.

Amma çoxdan gözlənilən yeniləmənin nə vaxt istifadəçilərə təqdim olunacağı hələlik dəqiq bilinmir.

Son xəbərlər

Orphus sistemi