“WeChat” yeni istifadəçilərin qeydiyyatını dayandırır

“WeChat” yeni istifadəçilərin qeydiyyatını dayandırır Çinin “WeChat” tətbiqinə yeni istifadəçilərin qeydiyyatı müvəqqəti olaraq dayandırılır.
İKT
118
27 İyul , 2021 17:27
“WeChat” yeni istifadəçilərin qeydiyyatını dayandırır

Çinin “WeChat” tətbiqinə yeni istifadəçilərin qeydiyyatı müvəqqəti olaraq dayandırılır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, xidmətin sahibi “Tencent” hazırda təhlükəsizlik texnologiyasının təkmilləşdirilməsi yönündə işlərin görüldüyünü bildirib.

Yenilənmənin avqustun əvvəlində başa çatacağı və bundan sonra yeni istifadəçilərin qeydiyyatının bərpa ediləcəyi gözlənilir.

“WeChat”ın aylıq 1,24 milyard aktiv istifadəçisi var. Çin əhalisi bu tətbiq vasitəsilə taksi çağıra, yemək sifariş edə, kommunal xidmətləri ödəyə bilir.

“Tencent” rəsmi Pekinin İT sektoruna qarşı növbəti təzyiq dalğasından zərər çəkənlər sırasındadır. Son iki gündə holdinq bazar dəyərinin 100 milyard dollardan çoxunu itirib.

Son xəbərlər

Orphus sistemi