“Uşaqların sağlamlığı naminə” adlı sosial layihəyə başlanılıb

“Uşaqların sağlamlığı naminə” adlı sosial layihəyə başlanılıb Bakı. 2 mart. REPORT.AZ/ “Azercell Telecom” MMC və Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) uşaqların sağlamlığının qorunması istiqamətində birgə sosial layihəyə start verib. 
İKT
2 Mart , 2018 17:25
“Uşaqların sağlamlığı naminə” adlı sosial layihəyə başlanılıb

Bakı. 2 mart. REPORT.AZ/ “Azercell Telecom” MMC və Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) uşaqların sağlamlığının qorunması istiqamətində birgə sosial layihəyə start verib. 

Bu barədə “Report”a Şirkətin Mətbuat xidmətindən məlumat verilib.

Layihə çərçivəsində “Hepatit B”, “C”, “C-reaktiv zülal”, QİÇS kimi xəstəliklərin təyin edilməsi məqsədilə “Azercell”in Mobil Klinikasında RMDM-in tibb heyəti “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasında məskunlaşan uşaqlardan qan analizləri götürüb və müayinələrin cavabı “Azercell Telecom”un şəbəkəsi ilə himayəçi valideynlərin mobil telefonlarına, eləcə də müəssisənin direktoruna təqdim edilib. Məlumatlar “Azercell Telekom”un avtomatlaşdırdığı texnologiyada tam məxfi olaraq arxivləşdirilib. Layihənin gələcəkdə daha geniş sosial qruplarda reallaşdırılması planlaşdırılır.

Pilot xarakter daşıyan layihənin həyata keçirilməsində məqsəd uşaqların sağlamlığı sahəsində keyfiyyətli tibbi xidmət göstərmək və gələcəkdə yarana biləcək xəstəliklərin erkən aşkarlanmasını təmin etməklə uşaqları qorumaqdır. Sosial layihənin məhz RMDM ilə birgə həyata keçirilməsi onun Bakıda ən yüksək beynəlxalq tibbi standartlara cavab verən JCI (Joint Commission International) akkreditasiyasından keçərək xüsusi qızıl rəngli fərqləndirmə nişanı ilə təltif edilmiş ilk və tək tibb müəssisəsi olması, bu mərkəzdə müasir, ən yaxşı avtomatik analizatorlarla təchiz olunmuş, ISO15189 sertifikatını almış laboratoriyanın fəaliyyət göstərməsi ilə bağlıdır. 

Xatırladaq ki, “Azercell Telecom”un 22 illik fəaliyyəti ərzində həyata keçirdiyi layihələrin böyük qismi uşaq hüquqlarının qorunması, uşaqların sağlamlığı və rifahına yönəlib. “Uşaq Qaynar xətti”, “Uşaq Paralimpiya Komitəsini”, “Mobil Diş Klinikası”, “Mobil Göz Klinikası”, uşaqların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün “Universal Müdafiə”, “Android üçün müdafiə”, “Valideyn müdafiəsi” xidməti və s. layihələr bu gün də uğurla həyata keçirlir.

Son xəbərlər

Orphus sistemi