Ukraynanın mobil operatoru Azərbaycan üçün sadələşdirilmiş rouminq paket tarifləri tətbiq edəcək

Ukraynanın mobil operatoru Azərbaycan üçün sadələşdirilmiş rouminq paket tarifləri tətbiq edəcək Yeni paket tarifləri fevralın 8-dən qüvvədə olacaq
İKT
4 Fevral , 2017 08:49
Ukraynanın mobil operatoru Azərbaycan üçün sadələşdirilmiş rouminq paket tarifləri tətbiq edəcək

Bakı. 4 fevral. REPORT.AZ/ Ukraynanın böyüklüyünə görə üçüncü mobil rabitə operatoru olan "lifecell" fevralın 8-dən bütün fərdi formada xidmət göstərilən abonentlər üçün sadələşdirilmiş rouminq paket tarifləri tətbiq edəcək.

"Report" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin məlumatında bildirilir.

Bunun üçün ölkələr üzrə üç siyahı müəyyən edilib. Azərbaycan Belçika, Braziliya, İtaliya, Moldova, Pakistan, ABŞ və digər ölkələrlə ikinci siyahıya daxil edilib. Mobil operator Azərbaycan üçün 45 qrivnaya (1,67 dollar) 10 dəqiqə danışıq, 50 qrivnaya (1,85) 100 MB internet və 20 qrivnaya (0,74 dollar) 15 SMS paketi müəyyən edilib.

Gürcüstan, Rusiya və Ermənistan kimi ölkələrin (Ümumilikdə 38 ölkə) daxil olduğu birinci siyahıda isə qiymətlər daha münasibdir. Bu siyahı üçün 25 qrivnaya (0,93 dollar) 10 dəqiqə danışıq, 30 qrivnaya (1,11) 100 MB internet və 20 qrivnaya (0,74 dollar) 15 SMS paketi nəzərdə tutulub.

2016-cı ilin ІІІ rübündə şirkətin abonent bazası təqribən 9,7 mln abunəçi təşkil edib.

Son xəbərlər

Orphus sistemi