“Twitter”in işində problem yaranıb

“Twitter”in işində problem yaranıb Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.
İKT
27 Avqust , 2020 00:34
“Twitter”in işində problem yaranıb

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox Almaniya, Böyük Britaniya, ABŞ və Çexiyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin bir hissəsi saytın işində nasazlıqların olmasından gileylənirlər. Daha 21% istifadəçi “iPhone” və ya “iPad”-ın proqramlarında problemlərlə qarşılaşıb.

İstifadəçilərin 9%-i “Android” proqramlarında sosial şəbəkəyə daxil ola bilmədiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi