"Twitter" hesabların kütləvi təmizlənməsinə hazırlaşır

"Twitter" hesabların kütləvi təmizlənməsinə hazırlaşır Twitterin rəhbərliyi altı aydan çox sosial şəbəkəyə daxil olmayan istifadəçilərə xəbərdarlıq mesajları göndərməyə başlayıb.
İKT
27 Noyabr , 2019 12:57
Twitter hesabların kütləvi təmizlənməsinə hazırlaşır

"Twitter"in rəhbərliyi altı aydan çox sosial şəbəkəyə daxil olmayan istifadəçilərə xəbərdarlıq mesajları göndərməyə başlayıb.

"Report" "The Verge" nəşrinə istinadən xəbər verir ki, dekabrın 11-dək istifadəçi adı və şifrədən istifadə edilməyəcəyi təqdirdə həmin şəxslərin profilləri silinəcək.

"Twitter" istifadəçilərinə etibar edəcəkləri daha dəqiq və etibarlı məlumatları təqdim etmək üçün qeyri-aktiv hesabların silinməsi üzərində işləyirik. İnsanları qeydiyyatdan keçdikdən sonra sosial şəbəkədən fəal istifadə etməyə çağırırıq", - şirkətin məlumatında deyilir.

Qeyd olunur ki, profillərin silinməsi prosesi bir neçə ay çəkəcək.

Son xəbərlər

Orphus sistemi