“Twitter” 32 mindən çox hesabı blokladı

“Twitter” 32 mindən çox hesabı blokladı “Twitter” sosial şəbəkəsinin administrasiyası Rusiya, Çin və Türkiyədən olan istifadəçilərlə əlaqəli olduğu iddia edilən 32 mindən çox şübhəli akkauntu (hesabı) bloklayıb.
İKT
193
12 İyun , 2020 03:17
“Twitter” 32 mindən çox hesabı blokladı

“Twitter” sosial şəbəkəsinin administrasiyası Rusiya, Çin və Türkiyədən olan istifadəçilərlə əlaqəli olduğu iddia edilən 32 mindən çox şübhəli akkauntu (hesabı) bloklayıb.

“Report”un məlumatına əsasən, bu barədə “Twitter”in rəsmi saytında yayımlanan bəyanatda deyilir.

Qeyd olunub ki, 32 242 hesab bağlanıb, onların yayımladığı bütün materiallar silinib.

“Twitter” nümayəndələri bu hesabların üç ölkənin səlahiyyətliləri ilə əlaqəli olduqlarını və “məlumat əməliyyatları”nda iştirak etdiklərini iddia ediblər.

Açıqlamada bunun sosial şəbəkə qaydalarını pozduğu bildirilib.

Belə ki, bu hesabların 23 750 Çin, 7 340 Türkiyə, 1 152 Rusiya ilə əlaqəlidir.

Son xəbərlər

Orphus sistemi