"Türk Telekom" güzəştli tarif paketinə Azərbaycanı daxil etməyib

"Türk Telekom" güzəştli tarif paketinə Azərbaycanı daxil etməyib Türkiyənin aparıcı telekommunikasiya şirkəti Türk Telekom mobil telefon abunəçiləri üçün tarif paketi istifadəyə verib.
İKT
29 Avqust , 2019 13:22
Türk Telekom güzəştli tarif paketinə Azərbaycanı daxil etməyib

Türkiyənin aparıcı telekommunikasiya şirkəti "Türk Telekom" mobil telefon abunəçiləri üçün tarif paketi istifadəyə verib. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, paketə Azərbaycan türkcəsində "Yaxşı tarif" ("Yaxşi tarife") adı verilib. 

Tarifə əsasən, Türkiyədən Azərbaycan, Qırğız Respublikası, Suriya, Tacikistan, Moldova və Ermənistana zəngin dəqiqəsi 19 qəpikdir (65 kuruş). Eyni zamanda tarifə qoşulan abunəçilərə Türkiyə, Gürcüstan, Ermənistan, Türkmənistan, Özbəkistan, Moldova, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxil olmaqla 2000 dəqiqə pulsuz danışıq imkanı yaradılıb. Ancaq siyahıda Azərbaycanın adı yoxdur. Bu da Türkiyədə təhsil alan, işləyən və yaşayan Azərbaycan vətəndaşlarının böyük narazılığına səbəb olub. 

"Türk Telekom"un İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Melih Kocagil "Report"un yerli bürosuna açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. O, məsələni araşdırdıqdan sonra yazılı açıqlamasında Türkiyədə təhsil alan, işləyən və yaşayan Azərbaycan vətəndaşlarının "Yaxşı tarif" paketi və onun üstünlüklərindən yararlandığını qeyd edib.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi