Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC türk dünyasının üç tanınmış aşığı – Aşıq Ələsgər, Jambıl Jabayev və Yunus Emrenin yubiley tarixləri ilə əlaqədar poçt markası buraxıb.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, markanın üzərində hər üç aşığın portreti və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun loqosu təsvir olunub.
5 min tirajla çap olunan markanın rəssam-dizayneri Orxan Qarayevdir.
Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi hazırlanıb.
Marka Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sifarişi əsasında çap edilib.
