"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusunda poçt markaları buraxılıb

"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusunda poçt markaları buraxılıb "Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusuna həsr edilmiş poçt markaları bloku dövriyyəyə buraxılıb.
İKT
23 İyul , 2021 17:25
Tokio Yay Olimpiya Oyunları – 2020 mövzusunda poçt markaları buraxılıb

"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusuna həsr edilmiş poçt markaları bloku dövriyyəyə buraxılıb.

"Report" bu barədə Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, “COVID-19” ümumdünya pandemiyası səbəbindən bir il təxirə salınan və bu ilin 23 iyul – 8 avqust tarixlərində keçiriləcək "2020-ci il Yay Olimpiya Oyunları" Yaponiyanın 42 yarış məkanında baş tutacaq. Bu oyunlarda ölkəmiz 44 idmançı ilə təmsil olunur.

Markalarda müxtəlif yay idman növləri Olimpiya oyunlarına ev sahibliyi edən ölkənin atributu ilə əlaqələndirilib.

Belarusun Bobruysk şəhərində on min tirajla çap olunmuş poçt markasının müəllifi rəssam Vüqar Əyyubovdur.

Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Son xəbərlər

Orphus sistemi