“TikTok”un bənzərinin sınaqları başladı

“TikTok”un bənzərinin sınaqları başladı Yeni servisin üstün mövqe qazanacağı şəksizdir
İKT
151
3 Mart , 2021 17:35
“TikTok”un bənzərinin sınaqları başladı

“Google” şirkəti qısa videokliplər çəkmək imkanı yaradan “YouTube Shorts” servisinin sınaqlarına başlayıb.

“Report” “GSMArena”ya istinadən xəbər verir ki, yeni servisin bənzər funksiyalara malik olduğu məşhur “TikTok”la rəqibə çevriləcəyi güman edilir.

Hazırda “YouTube Shorts”un tətbiq olunduğu ABŞ və Hindistanda “TikTok”un məhdudlaşdırıldığı nəzərə alınsa, yeni servisin üstün mövqe qazanacağı şəksizdir.

Hazırda sınaqların əvvəlində olan “YouTube Shorts” vasitəsilə yazılan bəzi kliplərin artıq 3,5 milyard giriş topladığı bildirilir. Həmçinin “Google” yeni ödəniş sistemi vasitəsilə “TikTok” istifadəçilərinin xeyli hissəsini cəlb etməyi nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi