“TikTok”un ABŞ-dakı törəmə şirkəti Bayden administrasiyasının təzyiqinə görə satılır

“TikTok”un ABŞ-dakı törəmə şirkəti Bayden administrasiyasının təzyiqinə görə satılır “TikTok” rəhbərliyi ABŞ Prezidenti Cozef Bayden administrasiyasının Çin sosial şəbəkəsinə təzyiqi fonunda Amerikadakı törəmə şirkətini satmaq imkanı ilə bağlı potensial alıcılarla danışıqlar aparır.
İKT
17 Mart , 2023 03:46
“TikTok”un ABŞ-dakı törəmə şirkəti Bayden administrasiyasının təzyiqinə görə satılır

“TikTok” rəhbərliyi ABŞ Prezidenti Cozef Bayden administrasiyasının Çin sosial şəbəkəsinə təzyiqi fonunda Amerikadakı törəmə şirkətini satmaq imkanı ilə bağlı potensial alıcılarla danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə “New York Post” qəzeti mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, “TikTok” ilə proqramın potensial alıcıları arasında danışıqlar intensivləşib: “Sosial şəbəkənin rəhbərliyi öz variantlarını nəzərdən keçirir və Donald Trampın prezident kimi 2020-ci ildə tətbiqi qadağan etməklə hədələməsi zamanı nəzərdən keçirilən mümkün sövdələşmələri araşdırır”.

Mənbə konkret olaraq kiminlə danışıqların aparıldığını açıqlamayıb. Lakin 2020-ci ildə “TikTok” rəhbərliyi proqram təminatı nəhəngi “Oracle”, habelə müqavilə bağlanacağı təqdirdə “TikTok”un ABŞ-dakı törəmə şirkətinə nəzarəti ələ keçirəcək pərakəndə satış şirkəti “Walmart” ilə tərəfdaşlığını araşdırdı.

Son xəbərlər

Orphus sistemi