“Texnopark İstanbul” Azərbaycanda yüksək texnoloji parkın qurulmasına dəstək olacaq

“Texnopark İstanbul” Azərbaycanda yüksək texnoloji parkın qurulmasına dəstək olacaq “Yüksək texnologiyalar sahəsində əməkdaşlıq” haqqında müqavilə imzalanıb
İKT
10 Mart , 2021 17:40
“Texnopark İstanbul” Azərbaycanda yüksək texnoloji parkın qurulmasına dəstək olacaq

Türkiyənin “Texnopark İstanbul” şirkəti Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə birgə “Yüksək texnologiyalar sahəsində əməkdaşlıq” haqqında müqavilə imzalayıb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, müqavilədə hər iki tərəfin gələcəkdə nəzərdə tutulan ortaq fəaliyyətlərini tənzimləyən maddələr və yüksək texnologiyalı parkların qurulması öz əksini tapıb.

Xüsusilə işğaldan azad edilmiş torpaqlarımızın yüksək texnologiya mərkəzlərinə çevrilməsi üçün imzalanmış müqavilə bu məqsədlə texniki məlumatlılıq səviyyəsinin artırılması və gənc peşəkar kadrların yetişdirilməsini nəzərdə tutur.

"Texnopark İstanbul"un baş direktoru Bilal Topçu açıqlamasında deyib ki, onlar yüksək texnologiyalar sahəsində qazandıqları təcrübəni Azərbaycanla bölüşəcək, razılaşma çərçivəsində qurulacaq texnoloji parklarda yüksək texnologiyalı məhsulların hazırlanmasına və təkmilləşdirilməsinə dəstək verəcəklər.

Natiq Çıraqzadə

Son xəbərlər

Orphus sistemi