Tanışlıq tətbiqlərilə bağlı boşluqlar araşdırılıb

Tanışlıq tətbiqlərilə bağlı boşluqlar araşdırılıb Tanışlıq tətbiqləri hazırda daha təhlükəsiz hala gətirilsə də, gizliliklə bağlı müəyyən boşluqlar hələ də qalır.
İKT
150
29 İyun , 2021 18:54
Tanışlıq tətbiqlərilə bağlı boşluqlar araşdırılıb

Tanışlıq tətbiqləri hazırda daha təhlükəsiz hala gətirilsə də, gizliliklə bağlı müəyyən boşluqlar hələ də qalır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Kaspersky Lab” kiber təhlükəsizlik şirkəti “Tinder”, “Bumble”, “OkCupid”, “Mamba”, “Pure”, “Feeld”, “Her”, “Happn”, “Badoo” tanışlıq tətbiqlərinin təhlükəsizlik dərəcəsini araşdırıb.

Belə ki, həmin 9 tətbiqin 4-də 2017-ci ildə göndərilən məlumatları açıb oxumaq mümkün olduğu üçün istifadəçilərin çoxu şifrəsiz HTTP işlədirdisə, hazırda heç bir tətbiqdə HTTP işlədilmir. Eyni zamanda bir çox tətbiqlərdə akaunt sosial şəbəkədəki profillə əlaqələndirilə bilir.

Həmçinin “Happn”, “Her”, “Bumble”, “Tinder” istifadəçiləri öz yerini göstərməlidir. “Mamba”da istifadəçinin yeri 1 metrədək dəqiqliklə göstərilir. Bu cür şəxsi məlumatların istifadəçiyə qarşı internetdə addımlar atmaq, ondan xəbərsiz şəxsi məlumatlar yaymaq üçün istifadə olunacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi