"Onbranch" İsveçrədə təqdim olunub

"Onbranch" İsveçrədə təqdim olunub Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan startapı Onbranch Ümümdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) baş direktoru Frensis Qarriyə (Francis Gerry) təqdim olunub.
İKT
20 Dekabr , 2018 10:23
Onbranch İsveçrədə təqdim olunub

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan startapı "Onbranch" "Ümümdünya Əqli Mülkiyyət Təşkilatı"nın (WIPO) baş direktoru Frensis Qarriyə (Francis Gerry) təqdim olunub.

"Report" xəbər verir ki, "Onbranch" tətbiqininrəhbəri Elçin Əskərov təqdimat zamanı bildirib ki, "Onbranch" getdiyiniz məkanlarda ətrafda olan insanları tanımağa kömək edən sosial şəbəkədir: "Həmçinin, bir çoxları bu tətbiqdən müştərilərlərini görmək və onlarla qarşılıqlı münasibətləri təmin etmək üçün də istifadə edirlər. Belə ki, məkan sahibləri tətbiq vasitəsilə daimi müştərilərini görə və onlara müəyyən güzəştlər tətbiq edə bilərlər".

Ümümdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatıdır. ÜƏMT-nin rəsmi məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında inzibati qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə təsir göstərir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir.

Xatırladaq ki, "Onbranch" tətbiqi "Baku Business Factory"nin dəstəklədiyi layihələrdən biridir və “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və "PAŞA Bank"ın, Patent və Əmtəə Nişanları Mərkəzinin, İsveçrənin Azərbaycandakı səfirliyinin, eləcə də ADA Universitetinin dəstəyi ilə keçirilən "Seedstars World" müsabiqəsinin qalibi elan olunaraq Azərbaycanın ən yaxşı startapı seçilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) “FastTrack” Akselerasiya proqramının qaliblərindən biridir.

Son xəbərlər

Orphus sistemi