“SpaceX” Türkiyə peykini kosmosa göndərib

“SpaceX” Türkiyə peykini kosmosa göndərib Bu peyk orbitdə Türkiyənin dördüncü kosmik aparatı olacaq.
İKT
8 Yanvar , 2021 11:49
“SpaceX” Türkiyə peykini kosmosa göndərib

ABŞ-ın “SpaceX” şirkəti Türkiyənin rabitə peyki olan “Türksat 5A”nı daşıyan “Falcon 9” raket daşıyıcısını orbitə çıxarıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu peyk orbitdə Türkiyənin dördüncü kosmik aparatı olacaq.

“SpaceX”in saytındakı məlumata görə, raket Floridadakı Kanaveral burnunda yerləşən kosmodromdan saat 21:13-də (Bakı vaxtı ilə 06:13) buraxılıb. Aparat rəqəmsal televiziya və genişzolaqlı internet xidmətləri təmin etmək üçün nəzərdə tutulub. Peyk Türkiyə, Avropa, Şimali Afrika və Yaxın Şərq ölkələrini yayımla əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi