Bakı. 3 noyabr. REPORT.AZ/ “Sony” Korporasiyası Azərbaycandakı fəaliyyətini fəal şəkildə genişləndirməklə ölkə paytaxtının yüksək işgüzar potensialından faydalanmaq niyyətindədir. "Report"un məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransında "Sony Middle East” şirkətinin marketinq rəhbəri Satoru Arayi bildirib.
Onun sözlərinə görə, şirkət 2016-cı ilin aprelinədək paytaxtdakı satış tərəfdaşlarının sayını 6-dan 18-dək artırmağı planlaşdırır.
"Hazırda “Sony” məhsulları “Music Gallery”, “Baku Electronics”, “Sony Centre” (“Unitech”) və “Kontakt Electronics” kimi mağaza şəbəkələrində müştərilərə təklif olunur. Bununla yanaşı, “Sony” şirkəti mağazalarda gələcək məhsullarının konseptlərinin nümayişi, həmçinin müştəri xidmətləri keyfiyyətinin artırılması, mövcud xidmətlərin yaxşılaşdırılması və yeni xidmətlərin təklif olunmasını planlaşdırır", - S.Arayi bildirib.
Qeyd edək ki, tədbir çərçivəsində 4K X1 prosessoru ilə təchiz olunmuş “