Smartfon satışı tarixində ən böyük azalma qeydə alındı

Smartfon satışı tarixində ən böyük azalma qeydə alındı Qlobal smartfon tədarükü koronavirus pandemiyası səbəbindən 2020-ci ilin ilk rübündə 13 faiz azalıb.
İKT
2 may 2020 00:41
Smartfon satışı tarixində ən böyük azalma qeydə alındı

Qlobal smartfon tədarükü koronavirus pandemiyası səbəbindən 2020-ci ilin ilk rübündə 13 faiz azalıb. 

"Report" "The Verge"yə istinadən xəbər verir ki, bu barədə "Canalys" və "Counterpoint"un analitikləri məlumat yayıb.

Qeyd olunur ki, Çində rüb ərzində smartfonların tədarükü keçən ilə nisbətən 18-27 faiz azalıb ki, bu da tarixdə ən böyük azalma olub. "Samsung", "Huawei" və "Apple" hələ də liderlər arasındadır. ABŞ şirkətinin payı ən aşağı eniş göstərib - bir il əvvələ nisbətən iki milyon az cihaz tədarük edilib.

"Canalys"in analitikləri qeyd edirlər ki, əksər şirkətlər pandemiyanın ən yüksək təsirini 2020-ci ilin ikinci rübündə gözləyirlər. "Bu, bütün sənaye üçün bir sınaq olacaq", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi