​“Sınıq körpü” sərhəd-keçid məntəqəsində yeni poçt şöbəsi yaradılacaq

​“Sınıq körpü” sərhəd-keçid məntəqəsində yeni poçt şöbəsi yaradılacaq Burada bank və maliyyə xidmətlərinin göstərilməsi, valyutadəyişmə məntəqəsinin yaradılması planlaşdırılır
İKT
28 Avqust , 2015 14:30
​“Sınıq körpü” sərhəd-keçid məntəqəsində yeni poçt şöbəsi yaradılacaq

Bakı. 28 avqust. REPORT.AZ/ Qazax rayonunun “Sınıq körpü” sərhəd keçid məntəqəsində (Azərbaycan-Gürcüstan sərhədi) yeni poçt şöbəsinin yaradılmasına böyük tələbat var. Buna qədər sərhəd-keçid məntəqəsində əvvəllər bir neçə dəfə xüsusi avtomobillərlə səyyar poçt xidməti göstərilib. Bu barədə "Report"a "Azərpoçt" MMC-dən bildirilib.

"Azərbaycana gələn qonaqların ölkə haqqında ilk təəssüratlarının formalaşmasını nəzərə alsaq, yeni poçt şöbəsi ən müasir tələblər səviyyəsində milli ornamentləri də özündə əks etdirərək yaradılması nəzərdə tutulur. “Sınaq Körpü”də bank və maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən valyutadəyişmə məntəqəsinin yaradılması da təmin ediləcək. Hazırda ərazidə valyutadəyişmə işləri "qara bazar" şəklində həyata keçirilir və bu da özündə bir çox problemlər yaradır. Sərhəd keçid məntəqəsində valyutadəyişmə əməliyyatından başqa digər xidmətlərə bir o qədər də tələbat olmadığından rayonda fəaliyyət göstərən banklar filial yaratmağa maraqlı deyil. Azərbaycanda yeganə milli poçt operatoru (1 500-dən çox poçt şöbəsi) olan "Azərpoçt" regionlarda əhaliyə göstərilən bank-mailiyə xidmətlərində banklardan birmənalı olaraq öndədir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, yeni poçt şöbəsinin yaradılması ilə istifadəçilər bank və maliyyə xidmətləri ilə yanaşı məktub, bağlama və banderolların, teleqramların, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pulköçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsini də təmin edəcək.

Son xəbərlər

Orphus sistemi