Səməd Bəşirli: "Texnoloji inkişaf və insan kapitalı paralel irəliləməlidir”

Səməd Bəşirli: "Texnoloji inkişaf və insan kapitalı paralel irəliləməlidir” Texnoloji inkişaf insan kapitalının səviyyəsi və bacarıqları ilə paralel olmalıdır.
İKT
10 fevral 2025 08:46
Səməd Bəşirli: Texnoloji inkişaf və insan kapitalı paralel irəliləməlidir”
Səməd Bəşirli

Texnoloji inkişaf insan kapitalının səviyyəsi və bacarıqları ilə paralel olmalıdır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

Onun sözlərinə görə, məhsuldarlığın artırılması təkcə texnologiyadan asılı deyil:

“Bəzən belə bir tənqidlə qarşılaşırıq ki, neft gəlirləri əsasən infrastruktur layihələrinə yönəldilir. Lakin infrastruktura, eləcə də insan resurslarına investisiya qoyulmadan texnologiyaların əldə edilməsi və tətbiqi arzuolunan nəticələri vermir. Bu baxımdan digər ölkələrdən texnologiyaların alınması və onların sənaye zonalarında, eləcə də qeyri-neft sektorunda tətbiqi iqtisadi inkişafa töhfə verir”.

Son xəbərlər

Orphus sistemi