Şəhid və qazi ailələrinin telefon və internet problemləri müzakirə olunub

Şəhid və qazi ailələrinin telefon və internet problemləri müzakirə olunub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib.
İKT
15 İyul , 2021 14:13
Şəhid və qazi ailələrinin telefon və internet problemləri müzakirə olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib.

“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, iclasda şuranın Reqlamenti, Əsasnaməsi, Fəaliyyət planı və cari məsələlər müzakirə edilib.

Reqlament səsvermə əsasında qəbul olunub.

Əsasnamənin digər şura üzvləri arasında müzakirəyə çıxarıldıqdan sonra növbəti iclasda təsdiqlənməsi təklifi səsə qoyularaq qəbul edilib.

Sonra İctimai Şuranın Fəaliyyət planının müzakirəsi dinlənilib.

Daha sonra cari məsələlərə baxılıb. Bir sıra məsələlərlə yanaşı, şəhid və qazi ailələrinin telefon və internet problemlərinin həll edilməsi istiqamətində işlərin görülməsi müzakirə predmeti olub.

Son xəbərlər

Orphus sistemi