Şəbəkə avadanlıqları üçün komponentlərin tədarük müddəti 80 həftəyə çatıb

Şəbəkə avadanlıqları üçün komponentlərin tədarük müddəti 80 həftəyə çatıb Dünyada şəbəkə avadanlıqları üçün bəzi komponentlərin tədarük müddəti 50-80 həftəyə çatıb.
İKT
8 Noyabr , 2021 12:27
Şəbəkə avadanlıqları üçün komponentlərin tədarük müddəti 80 həftəyə çatıb

Dünyada şəbəkə avadanlıqları üçün bəzi komponentlərin tədarük müddəti 50-80 həftəyə çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın şəbəkə həllərinin istehsalçıları olan “Arista Networks” və “Juniper Networks” şirkətlərinin nümayəndələri deyib.

“Juniper Networks”in maliyyə direktoru Ken Miller bəyan edib ki, komponetlərin qiymətlərinin və tədarük müddətlərinin 2022-ci ilin sonundan tez azalacağı gözlənilmir.

“Arista Networks”un prezidenti Djeyşri Ullal qiymət artımının bütün tədarük zənciri üzrə 15 %-dən 200 %-ə kimi oluğunu deyib. O, mütəxəsislərin işə götürülməsinin əvvələ nisbətən daha çətin olduğunu vurğulayıb.

Hər iki şirkət artan xərclər fonunda istehsal etdikləri məhsulları bahalaşdırıblar. “Arista Networks”də qiymət artırmı orta hesabla 10 % olub.

“Juniper Networks”in gəlirləri bu ilin üçüncü rübündə ötən ilin eyni vaxtı ilə müqayisədə 4 % artaraq 1,19 milyard ABŞ dolları olub. Hesabat dövründə “Arista Networks”in gəlirləri 23,7 % artaraq 748,7 milyon ABŞ dolları olub. Artım tendensiyanın 2022-ci ildə də qalacağı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi