“Samsung”un mənfəəti kəskin artıb

“Samsung”un mənfəəti kəskin artıb “Samsung Electronics” şirkətinin üçüncü rübdəki əməliyyat mənfəəti 58 faiz artaraq 12,3 trilyon von (10,6 milyard ABŞ dolları) təşkil edib.
İKT
2298
8 Oktyabr , 2020 14:38
“Samsung”un mənfəəti kəskin artıb

“Samsung Electronics” şirkətinin üçüncü rübdəki əməliyyat mənfəəti 58 faiz artaraq 12,3 trilyon von (10,6 milyard ABŞ dolları) təşkil edib.

“Report” 2020-ci ilin üçüncü rübünə dair şirkətin ilkin hesabatına istinadən xəbər verir ki, eyni müddət ərzində “Samsung”un ümumi gəliri 6 faiz artaraq 66 trilyon von (56,9 milyard dollar) səviyyəsinədək yüksəlib.

Ekspertlərin rəyincə, üçüncü rübün yüksək nəticələri smartfon və yaddaş çipləri satışlarının artması ilə bağlıdır. Bu da “Huawei”yə qarşı ABŞ-da tətbiq olunan sanksiyalarla bağlı ola bilər. Belə ki, sanksiya üzündən “Huawei” smartfonlarının satışının azalması ilə yanaşı, ABŞ çip bazarından da əlini üzməli olan həmin şirkət “Samsung” çiplərini daha çox almağa başlayıb.

Son xəbərlər

Orphus sistemi