Samir Şərifov: "Lisenziyasız proqramlardan istifadə cox ciddi cərimələrə səbəb ola bilər"

Samir Şərifov: "Lisenziyasız proqramlardan istifadə cox ciddi cərimələrə səbəb ola bilər" "Dövlət müəssisələrində lisenziyası olmayan kompüter proqramlarından istifadə etməklə özümüzü cox ciddi cərimələrlə üz-üzə qoya bilərik".
İKT
11 Noyabr , 2022 14:26
Samir Şərifov: Lisenziyasız proqramlardan istifadə cox ciddi cərimələrə səbəb ola bilər
Samir Şərifov

"Dövlət müəssisələrində lisenziyası olmayan kompüter proqramlarından istifadə etməklə özümüzü cox ciddi cərimələrlə üz-üzə qoya bilərik".

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən komitələrin birgə iclasında səsləndirilən təklifləri cavablandırarkən deyib.

Qeyd edək ki, millət vəkili Naqif Həmzəyev dövlət müəssiələrində lisenziyasız proqramlardan istifadə hallarının yaşandığını bildirib.

S. Şərifovun sözlərinə görə, Azərbaycanın dövlət müəssisələri üçün lisenziyalı kompüter proqramlarının alınması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə vəsait ayrılır ki, bu məsələ mərkəzləşdirilmiş şəkildə həll olunsun: "Nazirlik bu sahədə fəaliyyət göstərən İT şirkətlərindən lisenziyaları alıb dövlət orqanlarını kompüter proqramları ilə pulsuz təmin etməlidir".

Son xəbərlər

Orphus sistemi