Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir” “Azərbaycan hökuməti kosmik sahənin inkişafının vacibliyini dərk edir”.
İKT
6 Dekabr , 2022 10:57
Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

“Azərbaycan hökuməti kosmik sahənin inkişafının vacibliyini dərk edir”.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

O bildirib ki, bu sahənin inkişafı iqtisadi inkişafa çox böyük təsir göstərir: "Hazırda dünyanın müxtəlif problem və çağırışlarla üzləşdiyi bir zamanda kosmik sahə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hər birinə təsir göstərir".

Onun sözlərinə görə, Azərbaycan gələn il oktyabrın 2-dən 6-dək keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə fəal şəkildə hazırlaşır və burada 6 minə yaxın iştirakçının olacağı gözlənilir: "Sərgi pavilyonunda yerlərin 75%-i artıq rezervasiya olunub. Konqresdə iştirak üçün qeydiyyat 2023-cü il yanvarın sonunda açılacaq".

“Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra yenidən Bakıya qayıtdığını və Azərbaycanın paytaxtının sonuncu dəfə 1973-cü ilin oktyabr ayında bu tədbirə ev sahibliyi etdiyini xatırladıb.

Son xəbərlər

Orphus sistemi