​Rusiya Mərkəzi Bankı maliyyə bazarına kiberhücumlardan ehtiyatlanır

​Rusiya Mərkəzi Bankı maliyyə bazarına kiberhücumlardan ehtiyatlanır Bankın İT təhlükəsizliyi üzrə baş mühəndisi: Belə halların aktivləşəcəyini gözləyirik
İKT
16 İyun , 2016 20:03
​Rusiya Mərkəzi Bankı maliyyə bazarına kiberhücumlardan ehtiyatlanır

Bakı. 16 iyun. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (RMB) yaxın vaxtlarda ölkənin maliyyə bazarına, o cümlədən birjalara və sığorta şirkətlərinə kiberhücumların aktivləşəcəyini gözləyir. 

"Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, belə xəbərdarlıqla RMB-nin informasiya texnologiyalarının (İT) təhlükəsizliyi üzrə baş mühəndisi Viktor Lebedev çıxış edib.

O, bu barədə ölkənin sığorta şirkətlərinin nümayəndələrinin iştirak ilə baş tutan və bu sahədə fırıldaqçılıq hallarına həsr edilmiş toplantıda danışıb. İT mütəxəssisin sözlərinə görə, son 1 ildə kredit təşkilatlarına qarşı 21 kiverhücum təşkil edilib. Bundan isə həm də sığorta şirkətləri ziyan çəkib.

RMB-nin ötən ilin iyununda yaradılmış Kompüter hücumlarının monitorinqi və önlənməsi mərkəzinin (FinCERT) proqnozlarına görə isə, yaxın vaxtlarda kiberhücumlar ölkənin mobil operatorlarının ödəniş sistemlərinə qarşı təşkil olunacaq. Bu baxımdan, İT təcavüzkarları lazımi məlumatlara malik insanları ələ almağa, onların əməkdaşlığa cəlb etməyə çalışacaqlar.

Son xəbərlər

Orphus sistemi