Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, iclasın gündəliyinə RRB üzv ölkələrin rabitə adminstrasiyalarının ITU-nun Səlahiyətli Konfransına və 2016-cı ildə Standartlaşdırma üzrə Ümumdünya Assambleyasına hazırlıq məsələləri daxil olub.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək RRB-nin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyasının 29-cu iclası çərçivəsində RRB ölkələrinin rabitə adminstrasiyalarının beynəlxalq əməkdaşlıqla bağlı qərarları, 2018-ci ildə keçiriləcək Beynəlxalq Rabitə İttifaqının Səlahiyətli Konfransına hazırlıq tədbirləri, RRB ilə regional təşkilatlar arasında İKT və rabitə sahəsində əməkdaşlıq proqramının layihəsi müzakirə ediləcək.
Konfransın gündəliyinə həmçinin ICANN korporasiyası ilə RRB arasında əməkdaşlıq və növbəti tədbirin keçiriləcəyi vaxt və ölkənin müəyyən edilməsi daxildir.