Rövşən Rüstəmov: "Radiotezliklərdən icazəsiz istifadə minimallaşdırılacaq"

Rövşən Rüstəmov: "Radiotezliklərdən icazəsiz istifadə minimallaşdırılacaq" Azərbaycanda “Təmiz radioefir” konsepsiyasının reallaşdırılması üçün artıq işlərə başlanılıb, bu, radioezliklərdən icazəsiz istifadənin minimallaşdırılmasına səbəb olacaq.
İKT
7 Oktyabr , 2022 14:03
Rövşən Rüstəmov: Radiotezliklərdən icazəsiz istifadə minimallaşdırılacaq
Rövşən Rüstəmov

Azərbaycanda “Təmiz radioefir” konsepsiyasının reallaşdırılması üçün artıq işlərə başlanılıb, bu, radioezliklərdən icazəsiz istifadənin minimallaşdırılmasına səbəb olacaq.

“Report” xəbər verir ki, bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov radiotezliklərdən istifadə məsələləri ilə bağlı keçirilən görüşdə deyib.

R.Rüstəmov bildirib ki, “Təmiz radioefir” konsepsiyası irəli sürülüb: "Konsepsiyada radiotezlik idarəçiliyində avtomatlaşdırmanın tətbiqi ilə tezliklərdən icazəsiz istifadənin minimallaşdırılması, tezliklərdən istifadədə əlçatanlığın və efir təhlükəsizliyinin təmin edilməsi və proseslərin sadələşdirilməsi nəzərdə tutulur. Konsepsiyanın reallaşdırılması üçün artıq real işlərə başlanılıb”.

Onun sözlərinə görə, Radiotezliklər üzrə Dövlət Komissiyasının 4 illik fasilədən sonra 2022-ci ildən yeni tərkibdə və formatda fəaliyyətə başlaması ilə tezlik ayrılmasında xüsusi canlanma yaranıb. Sahəni tənzimləyən ciddi normativ tənzimləyici sənədlər qəbul edilib və Dövlət Komissiyasının fəaliyyət göstərmədiyi dövr də daxil olmaqla, 400-dək müraciətə baxılaraq qərar qəbul edilib.

Nazir müavini həmçinin qeyd edib ki, ötən il 3 min, bu ilin 9 ayında isə 3,5 min icazəsiz radioelektron vasitə (REV) aşkarlanıb: "Bəzi radiotezlik istifadəçiləri hələ də icazəsiz onlara ayrılmış tezliklərdə qeydiyyatda olmayan REV-lərdən, bəzi hallarda onlara ayrılmamış tezliklərdən də istifadə edirlər. İcazəsiz tezlik istifadəçilərinə, qeyri-qanuni olaraq REV-lərin idxalına və istifadəsinə qarşı digər tədbirlər davam etdirilir. 

Onun sözlərinə görə, radiotezlik sahəsində aparılan yeniliklərdə əsas məqsəd hüquqi, iqtisadi və texniki tənzimləmə alətləri ilə tezlik istifadəçilərinin radiotezliklərdən şəffaf, ədalətli və səmərəli istifadəsinin təmin edilməsi, xidmət səviyyəsinin artırılması, eyni zamanda ölkəmizdə yeni və simsiz texnologiyaların inkişafının və tezliklərdən effektiv istifadənin stimullaşdırılmasıdır.

Son xəbərlər

Orphus sistemi