"Roskomnadzor" sosial şəbəkələrin IP-ünvanlarının bağlanmasına münasibət bildirib

"Roskomnadzor" sosial şəbəkələrin IP-ünvanlarının bağlanmasına münasibət bildirib Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyada VKontakte, Yandex, Twitter, Facebook və Odnoklassnikinin IP-ünvanları ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətinin (Roskomnadzor) girişini qadağan etdiyi saytların reyestrinə daxil edilib.
İKT
180
27 Aprel , 2018 11:03
Roskomnadzor sosial şəbəkələrin IP-ünvanlarının bağlanmasına münasibət bildirib

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyada "VKontakte", "Yandex", "Twitter", "Facebook" və "Odnoklassniki"nin IP-ünvanları ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətinin ("Roskomnadzor") girişini qadağan etdiyi saytların reyestrinə daxil edilib.

Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.

Məlumata görə, siyahıda həmçinin "Yahoo" və "Liveinternet"in də IP-ünvanları yer alıb. Eyni zamanda "Google", "Microsoft" və "Amazon"un da müəyyən IP-ünvanlarına giriş qadağası qoyulub.

"Roskomnadzor"dan məsələyə verilən şərhdə sosial şəbəkələrin IP-ünvanlarının bloklanmasının texniki səbəblərdən olduğu bildirilib. Qeyd olunub ki, hazırda ünvanlar blokdan çıxarılıb.

Son xəbərlər

Orphus sistemi