Rəşad Nəbiyev Türkiyədə görüşlər keçirib

Rəşad Nəbiyev Türkiyədə görüşlər keçirib Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri zamanı bir sıra görüşlər həyata keçirib
İKT
169
18 Fevral , 2021 09:34
Rəşad Nəbiyev Türkiyədə görüşlər keçirib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri zamanı bir sıra görüşlər həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə nazir özü məlumat verib.

Məlumata görə, R.Nəbiyev ötən gün ilk olaraq Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə müzakirələr aparıb.

"Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüşməkdən məmnunam. Görüşdə tranzit, nəqliyyat, kibertəhlükəsizlik və rabitə sahələrində qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Qardaş Türkiyə ilə əməkdaşlığımızın daha da genişlənəcəyinə ümid edirəm”,- o deyib.

Nazir türkiyəli həmkarı Mustafa Varankla görüşündə iisə nnovativ sahədə əməkdaşlıqla bağlı müzakirələr aparıb.

“Bu gün Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ilə görüşdə İKT və innovasiyalar üzrə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Layihələrin həyata keçirilməsi və Türkiyənin uğurlu təcrübəsinin Azərbaycanda tətbiq edilməsi barədə razılığa gəldik”, - R.Nəbiyev bildirib.

Son xəbərlər

Orphus sistemi