Rəşad Nəbiyev Şirvanda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Şirvanda vətəndaşları qəbul edəcək Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.
İKT
29 Noyabr , 2022 10:10
Rəşad Nəbiyev Şirvanda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbul dekabrın 7-də, saat 10:00-da Şirvan şəhərindəki Gənclər Mərkəzində (ünvan: Naxçıvan küçəsi 1B) keçiriləcək.

Nazir nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya-radio yayımı və poçt xidmətləri sahələrində əhalinin problemlərini dinləyəcək.

Qəbula yazılmaq üçün dekabrın 6-na qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi