Rəşad Nəbiyev Şamaxıda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Şamaxıda vətəndaşları qəbul edəcək Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 1-də saat 10:00-da YAP Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 37) Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayon sakinlərini qəbul edəcək.
İKT
24 İyun , 2022 16:25
Rəşad Nəbiyev Şamaxıda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 1-də saat 10:00-da YAP Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 37) Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayon sakinlərini qəbul edəcək.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 30 iyun 2022-ci il tarixinə qədər nazirliyin Çağrı Mərkəzi (1655), elektron poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi