Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının rəsmisi ilə görüşüb

Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının rəsmisi ilə görüşüb Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Jao arasında videokonfrans formatında ikitərəfli görüş keçirilib.
İKT
465
22 Oktyabr , 2021 19:27
Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının rəsmisi ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Jao arasında videokonfrans formatında ikitərəfli görüş keçirilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Azərbaycanla qurum arasında mövcud və perspektiv əməkdaşlıq müzakirə edilib.

İttifaqın Baş katibi Houlin Jao bildirib ki, çox sevindiricidir ki, Azərbaycan İKT sahəsində beynəlxalq əməkdaşlığın daha da artırılmasında maraqlıdır.

“Prezident İlham Əliyevlə görüşlər zamanı Prezidentin çıxışlarında İKT sektorunun inkişafına önəm verdiyinin, böyük diqqət və qayğı ilə yanaşdığının şahidi olmuşam”, – deyə Baş katib vurğulayıb.

R.Nəbiyev çıxışında BTİ-nin sahə üzrə faydalı əməkdaşlıq platforması olduğunu söyləyərək Azərbaycanla BTİ-nin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib.

Eyni zamanda region ölkələri arasında İKT sahəsi üzrə aparılan müzakirələrdə BTİ-nin uğurlu vasitəçiliyi haqqında danışılıb.

Azərbaycanın gələn il Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq Səlahiyyətli Konfrans zamanı keçiriləcək seçkilərdə BTİ Şurasının üzvü kimi yenidən seçilmək üçün öz namizədliyini irəli sürəcəyi diqqətə çatdırılıb.

H.Jao Azərbaycanla BTİ arasında qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə edib.

Son xəbərlər

Orphus sistemi